10 minə yaxın şagird `Ana Dili` fənnindən sıfır bal toplayıb

10 minə yaxın şagird `Ana Dili` fənnindən sıfır bal toplayıb

Azərbaycanda 7-8-ci siniflər arasında 2016-cı ildə Ana dili fənnindən keçirilən imtahanda 22 faizə yaxın şagird sıfr bal toplayıb.
 
Maide.Az-ın İnterAz-a istinadən xəbərinə görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Aydın Qasımov məlumat verib.
 
Onun sözlərinə görə, ümumilikdə bu imtahanda respublika üzrə 40 minə yaxın şagird iştirak edib.
 
Onlardan 22 faizi 0 bal, 15 faizi 1 bal, 12 faizi 2 bal, 11 faizi 3 bal, 10 faizi 4 bal toplaya bilib.
 

Google+ WhatsApp ok.ru