100-ə yaxın nəhəng şirkətin rəhbərləri Trampın  müsəlman miqrantlara qoyduğu qadağaya etiraz edib

100-ə yaxın nəhəng şirkətin rəhbərləri Trampın müsəlman miqrantlara qoyduğu qadağaya etiraz edib

Google, Apple, Bank of America, Boeing, ebay, Facebook, Intel, IBM, Youtube, Yahoo, Goldman Sachs, AT&T, Tesla, Spacex, Sikorsky və Oracle şirkətləri miqrantlar olmasaydı, bəlkə də yaranmaya bilərdi.
 
ABŞ-da fəaliyyət göstərən 100-ə yaxın nəhəng şirkətin rəhbərləri Donald Trampın 7 müsəlman ölkəsindən miqrantların ölkəyə daxil olmasına qoyduğu qadağaya etiraz edib.
 
Aralarında Google, Apple, ebay, Facebook və Microsoftun da olduğu şirkətlər Trampın viza qadağasının ABŞ Konstitusiyasına zidd olmasını özündə əks etdirən birgə bəyanat da hazırlayıblar. Bəyanatda qeyd edilir ki, miqrantların ölkəyə daxil olmasının qarşısı alınsaydı, bəlkə də bir çox nəhəng koorporasiya mövcud olmaz və ABŞ iqtisadiyyatı milyardlarla gəlirdən məhrum olardı.
 
Qeyd edək ki, suriyalı qaçqın Əbdul Fəttah Jandalinin Amerikaya girişi bu günkü kimi qadağan olunsaydı, oğlu Stiv Cobs texnologiya nəhəngi Apple şirkətini dünyaya bəxş etməzdi.
 
Oxşar şəkildə ebayın banisi iranlı Pyer Morad Omidyar və ailəsi ölkəyə buraxılmasaydı, milyonlarla amerikalı rahat alıveriş üçün müraciət etdiyi ebaydan məhrum olardı.
 
6 yaşında ailəsiylə birgə Sovet İttifaqından ABŞ-a köçən Sergey Brin, bu gün minlərlə müsəlman miqrant kimi deport olunsaydı, Google adlı bir şirkət fəaliyyət göstərməzdi.(faktxeber)
 
 

Google+ WhatsApp ok.ru