100 dolların badına getdi

Bakıda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 5-də Lökbatan qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini Qabil İsayevin cibindən içərisində 100 ABŞ dolları olan pul kisəsini götürərək qaçıb.
 
Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şabran rayon sakini, 1993-cü il təvəllüdlü Emin Mirzəyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 5 qramdan artıq marixuana götürülüb.

Google+ WhatsApp ok.ru