10 bankda kapital azlığı və .....

10 bankda kapital azlığı və .....

"Novoye Vremya" qəzetində "Bank sistemində durum mürəkkəb olaraq qalır" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif bildirir ki, ölkənin bank sistemi ağır durumdadır. Yazıda Azərbaycan Bankları Assosiasiyasının prezidenti Zakir Nuriyevdən də sitat gətirilir:
"Azərbaycan banklarının kapital zəifliyi bütün bank sisteminin qüsurlu cəhətlərindən biridir. Bunun bankların fəaliyyətinə fəlakətli təsir etməsi heç kəsə sirr deyil. Təqribən 10-a qədər bank kapital azlığı problemi yaşayır. 4 bank da tənzimləyicinin nəzarətindədir. Yerli standartlara əsasən, bankların bir elə problemi yoxdur. Amma beynəlxalq standartlara görə, durum fərqlidir".
 
Müəllifə görə, ölkənin bank sisteminin gələcəyi Beynəlxalq Bankın restrukturizasiya prosesindən asılıdır.
 
Yazıda vurğulanır ki, belə bir vəziyyətin yaranmasında Maliyə Bazarına Nəzarət Palatası da məsuliyyət daşıyır:
"Bank sisteminin sağlamlaşdırılması üçün daha qəti tədbirlər lazımdır. Burada müflisləşmə, bağlanma və ya bankların birləşdirilməsinə yeganə çıxış yolu kimi baxmaq olmaz".
 
Müəllif hesab edir ki, ilk növbədə 1.5 milyard manatlıq problemli kredit məsələsi həll edilməlidir. Yazıda vurğulanır ki, bu kreditlərin qaytarılmasında güzəştlər bəzi bankların pul itkisinə səbəb olacaq. Amma maliyyə qayıtmağa başlayacaq, bankların kapitallaşması yaxşılaşacaq:
"Üstəlik, bu problemin həlli banklara etimadı bərpa edə bilər və əhali əmanətlərini yenidən banklara yönəldər".
 
Müəllif hesab edir ki, banklar böhran durumunda qaldıqca, bunun iqtisadiyyata da ciddi ziyanı olacaq.

Google+ WhatsApp ok.ru