10 yaşlı hərbi jurnalist işğal olunmuş Fələstinin həqiqətlərini dünyaya təqdim edir

10 yaşlı fələstinli qız Cihad Ayyad dünyanın gənc jurnalistlərindən biridir.
 
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, artıq 7 yaşında sözügedən jurnalisti uşaq gözü ilə Fələstindəkı həyatı video lentə alaraq dünyaya təqdim edir. Həmin qız İsrail rejimi tərəfindən işğal olunmuş Fələstindəkı həyatı fotolar vasitəsilə canlandırıb.
 
"Mən Fələstində baş verənlərin bütün dünyaya göstərmək istəyirəm", - deyə o bildirib.
 
Ayyad İsrail rejiminin işğalçı qüvvələrinin uşaqlara işgəncə verməsini də video lentə alaraq, paylaşıb. Ayyad çəkdiyi fotoşəkilləri və videoları Facebook sosial şəbəkəsində paylaşır. O, bu sosial şəbəkənin aktiv istifadəçisidir.
 
"Mənim kameram istənilən silahdan daha güclüdür", - deyə o bildirib.

Google+ WhatsApp ok.ru