13 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarılıb

13 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri Bəhram Ağayev işdən çıxarılıb. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, hazırda onun səlahiyyətlərini müavini icra edir.
Məlumatda bildirilir ki, Bəhram Ağayevin işdən çıxarılması təqaüd yaşının çatması ilə əsaslandırılır. Lakin məsələ burasındadır ki, onun təqaüd yaşına hələ bir neçə ay var.
Qeyd edək ki, siyasi məhbuslardan Anar Məmmədli, Pərviz Həşimli, Tofiq Yaqublu, Əli Insanov və Ilkin Rüstəmzadə 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.azadliq.info/

Google+ WhatsApp ok.ru