Dərmanların qiyməti ilə bağlı yeni — Xəbər 11 May 2015 01:00 Ölkə Azərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən müəyyənləşdirilməsi ilə bağlı görülən işlər artıq son mərhələdədir. Bunu Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini bildirib ki, bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə bərabər İqtisadiyyat və Sənaye Nazirliyi də çox aktiv fəaliyyət göstərir. E.Ağayevin sözlərinə görə, hər iki nazirliyin dərmanların qiymətinin dövlət tərəfindən müəyyənləşdirilməsi ilə bağlı birgə hazırladığı qaydalar artıq Nazirlər Kabinetinə təqdim olunub: “Artıq son mərhələdir. Qaydalar təsdiq olunduqdan sonra qısa müddətdə dövlət qeydiyyatından keçmiş dərman preparatlarının qiymətinə nəzarət həyata keçiriləcək”. Trend / Teqlər : #Dərmanların qiyməti ilə bağlı yeni — Xəbər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda elektrik qatarlarının gedişi bərpa ediləcək 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarılıb