13 yaşlı fələstinli qızı amansızca öldürən İsrail əsgəri məhkəmədə sərbəst buraxıldı

Fələstinli qızı qətlə yetirən sionist rejim  hərbçisi məhkəmə tərəfindən "günahsız" bilinərək sərbəst buraxılıb.
Maide.az xəbər verir ki, Qəzza şəhərində bir sionist rejim əsgəri 13 yaşlı İman əl-Hams adlı məktəbli qıza atəş açıb. Sionist rejim əsgəri işğal etdiyi ərazidə fələstinli məktəblini  çiynindəki çantada bomba apardığını zənn etdiyi üçün öldürüb.  Silahındakı güllə bitənə qədər azyaşlı qıza atəş açan həmin qəddar əsgər günahsız uşaq öldükdən sonra onun çiynindəki çantanı çıxarıb və bomba olmadığına əmin olub. 
 Aparılan ekspertiza nəticəsində məlum olub ki, qız 17 güllə yarası alıb və güllələr qızın bədənin hər yerinə dəyib. Onun başından 3 mərmi çıxarılıb.
İşğalçı rejim  Hərbi məhkəməsində ifadə verən həmin qəddar əsgər bildirib  ki, qız 3 yaşında da olsaydı belə eyni şeyi edəcəyini və bundan peşman olmadığını dilə gətirib.
Məhkəmə əsgərin günahsız olduğu haqqında qərar verərək sərbəst buraxıb./

Google+ WhatsApp ok.ru