TİFLİS CÜMƏ MƏSCİDİNDƏ “KƏRBƏLA QƏHRAMANLARI”NIN TƏVƏLLÜDÜ QEYD OLUNDU

Tbilisi “Cümə” məscidində Cənnət cavanlarınının sərvəri, Şəhidlər ağası İmam Hüseynin (ə), Abidlərin zinəti İmam Səccadın (ə) və Hacətlər qapısı Həzrət Əbəlfəzl Abbasın (ə) təvəllüdləri münasibəti ilə bayram mərasim keçirilib. Eyni zamanda İmam Səccadın (ə) təvəllüdü günü üçün Gürcüstanda yenicə işıq üzü görmüş “Səhifeyi Səccadiyyə” kitabının təqdimatı olub.
Məclisdə iştirak edən qonaqların hər birinə həmin kitab və “İman” jurnalı hədiyyə olunub.
 

Google+ WhatsApp ok.ru