147 adda dini kitabın Azərbaycana gətirilməsinin qarşısı alınıb

Cari ilin 6 ayı ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 72 adda dini məzmunlu ədəbiyyatın ekspertizası aparılıb. Bunu Yeni Azərbaycan Partiyasının (YAP)  saytına müsahibəsində DQİDK sədri Mübariz Qurbanlı deyib. 
M.Qurbanlı qeyd edib ki, 147 adda kitabın ölkəyə idxalının qarşısı alınıb: "Dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 147 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb".

Google+ WhatsApp ok.ru