“ASAN Xidmət” nikaha girmək istəyənlərin də işini asanlaşdıracaq

Vətəndaşlar nikah üçün tibbi arayışı artıq “ASAN Xidmət”dən pulsuz ala biləcəklər. Arayış 5 gün müddətində verilir. Sakinlər arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər. Bunun üçün nikaha daxil olmaq istəyənlərdən şəxsiyyətini təsdiq edən sənədlər və nikahın qeydə alınması üçün doldurulan  ərizə-anketin surəti tələb olunur. Bu sənəd üçün dövlət rusumu ödənilmir.

Google+ WhatsApp ok.ru