14 saylı CÇM-də Rza Ağalı və daha 10 məhbus “kars”a salındı

Xəbər verildiyi kimi dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumlar 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsindən sonra həbsxanada baş verən haqsızlığa etiraz ediblər.
 
Cenubnews.com İnternet Qəzetinə daxil olan məlumata görə,artıq 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların həyatı getdikcə ağırlaşır.
 
Belə ki, on nəfərdən çox məhbus cəzaçəkmə müəssisəsində keçirilən etiraz aksiyasında iştirak etdiyi üçün cəzaçəkmə kamerasına salınıb.Həmən məhbuslar arasında Masallı rayonunda şərlənərək 7 il azadlıqdan məhrum edilən Rza Ağalı da var.
 
Hal-hazırda həbsxana daxilində ciddi araşdırmalar gedir, bundan sonra da etiraz aksiyasında iştirak edən digər məhkumlardan "kars"a salınacağı gözlənilir.Əsasən həbsxananın "işverən" məhkumları öldürülən idmançı məhkum E.Babayevin ətrafında olan məhkumların üzünə durur və bundan sonra həmən məhkumlar cəza kamerasına salınır.
 
Daxil olan məlumatda oda deyilir ki, artıq həbsxanada qanuni rejim aktivləşib.Belə ki, məhkumlara həftədə iki dəfə telefonla danışmaq üçün yeni qanun tətbiq edilib.
 
Məhkumlar məcburi olaraq yeməkxanalara aparılır.Həbsxanada olan digər bir yeməkxana həbsxana rəhbərliyi tərəfindən bağlanılıb.Həbsxana ətrafında "yuxarı"dan gəlmiş məmurlar hadisə barədə ciddi araşdırma aparır.
 
Məhkumlar yeməkxanada olan dözülməz şəraitdən narazıdırlar.Yeməklər yağsız və ətsiz olur.Bütün məhkumlara yemək çatdıra bilmirlər.
 
Məhkum Elşad Babayevi işgəncə ilə öldürən 5 nazor - Firdovsi, Faiq, Rahid, İsmayıl və Vüqar həbsxana ətrafında gözə dəymir.
 
Görüşə gələn ailələr yaxınları ilə çətinliklə görüşə bilirlər./
 

Google+ WhatsApp ok.ru