14 saylı CÇM-dəki islamçı məhbusların həyatı təhlükədədir...

14 saylı cəzaçəkmə müəssisəsində məhkum ölümü ilə bağlı xəbər vermişdik. Mətbuatda dərc olunan məlumatlara görə, həmin həbsxanada məhkum həyatı yaşayan Elşad Babayev işgəncə ilə qətlə yetirilib
İlkin baxış zamanı, yaxınları  mərhumun cəsədində xəsarət izləri olduğunu bildirib. Məlumatda o da deyilir ki, mərhum E. Babayev həbsxanaya salındığı yeni zamanlardan namaz qılmağa, ibadət etməyə də başlayıbmış. Bu da, eyniadlı həbsxanada məhkumluq həyatı yaşayan islamçı məhbusların təbliği əsasında həyata keçib.
* * *
 Bəs, görəsən, məhkumun həbsxanada işgəncələrə məruz qalması və onun vəhşicəsinə öldürülməsinin arxasında hansı müəmmalı səbəblər dayanır? Bu sual bir çox insanları düşündürdüyü kimi, öldürülən məhkumun həbsxana yoldaşlarının yaxınlarını da düşündürür. Eyni adlı həbsxanada dustaq həyatı yaşayan islamçı məhbusların yaxınları da bu məsələdən ciddi narahat olduqlarını bildiriblər. Onlar öldürülən məhkumun başına gələn hadisələrin bir də islamçı və digər məhbusların başına gələcəyindən narahatdırlar.
 Çünki, məlumata görə, islamçı məhbuslara həbsxana şəraitində qərəzli mövqedən baxışlar hiss olunur. Bu da "islamçı məhbusların həbsxana daxilində dini həyatı layiqincə yaşamasından rütbəli şəxslərdə yaranan qərəzin qığılcımlarıdır"- desək yanılmarıq. Həbsxana vəzifəliləri dindar məhbusların ibadət etməsinə və təbliğinə hər zaman mane olmağa çalışıblar.  Misal üçün, öldürülən məhkumla birgə məhbusluq yaşamış islamçı dindarların məlumatlarında bu açıq-aydın hiss olunur. 14 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan islamçı məhbus Rza Ağayevin qardaşı Bəxtiyar Ağayevin islamazeri.az-a verdiyi açıqlamadan da məlum olur ki, dini şərait həbsxana daxilində məhdud çərçivədədir. Hətta dini fəaliyyətlərinə görə, islamçı məhbusların cəza kamerasına salındığı da istisna edilməyib:
“Demək olar ki, tez-tez qardaşım Rzanın yanına gedirəm, onu ziyarət edirəm.  Amma hadisə baş verən gün evə zəng edib, məhkumun öldürülməsi xəbərini dedi. Buna görə, çox narahat olduq, həm düşündün ki, belə bir hal qardaşımızın da başına gələ bilərdi. Bütün məhbuslarla yanaşı, mənim qardaşım Rza da bu haqsızlığa qarşı etiraz edib.”
 
“Hətta qardaşıma o qədər işgəncə veriblər ki, ciyərlərinə su gəlib”
 B.Ağayev  onu da bildirib ki, qardaşı artıq 2 il 4 aydır ki, həbs olunduğu bu müddət ərzində demək olar ki, kars həyatı yaşayıb: “Rzanın həyatı karslarda çürüyür. Onu həbs olunduğu müddət ərzində hər zaman karsa salıblar. O, hər dəfə həbsxanada azan vaxtı azan verdiyi üçün cəza kamerasına salınıb. Hətta qardaşıma o qədər işgəncə veriblər ki, cigərlərinə su gəlib. Bu an onun sağlamlığı təhlükədədir. Amma bütün bunlara baxmayaraq, Rza  şikayət etməyimizi istəmir. Onu da deyim ki, heç kim Rzaya və onun timsalında digər mömin məhbuslara təzyiq göstərə bilməz. Onlar birbaşa Allaha bağlı olan insanlardır”.
 
“Həbsxananın hansı bir nadzoru məhkumu döyüb öldürürsə, o cəza çəkməlidir bizim qardaşlarımız yox”
 14 saylı CÇM-də məhbus həyatı yaşayan Jurnalist Araz Quliyevin qardaşı da qardaşı nigaran olduğunu bidlirib. İslamazeri.az-a danışan islamçı məhbusun qardaşı Azər Quliyev deyib ki,  həbsxananın hansısa bir nadzoru məhkumu döyüb öldürürsə, o, cəza çəkməlidir bizim qardaşlarımız yox:
"Bu xəbər orada cəza çəkən hər bir məhkumum yaxınlarını narahat etdiyi kimi məni və ailə üzvlərimi də narahat edir. Araz həbs olunduğu gündən bir neçə saxta ittihamlar və qondarma həbslərin şahidi olduqsa, deməli, bir məhkumu öldürən həbsxana rəhbərliyindən onlara qarşı hər hansı bir təzyiqlərə hazır olmalıyıq. Əgər mənim və orada şərlənərək digər məhbus həyatı yaşayan qardaşlarımızın həyatı təhlükədə olarsa, biz ailələr həbsxananın qarşısında öz etirazımızı bildirəcəyik. Bu etiraza da cavab verməsələr, Ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevə və digər yuxarı istansiyalara şikayətimizi rəsmi olaraq bildirəcəyik. Bizim yaxınlarımız nahaq yerə şərlənərək həbs edilib. Razı ola bilmərik ki, onlara qarşı yenidən təzyiqlər olsun. Əgər həbsxananın hansı bir nadzoru məhkumu döyüb öldürürsə, o, cəza çəkməlidir bizim qardaşlarımız yox."
 
“Bu, yuxarıdan gələn bir sifarişdir. Əgər Anar tutulmasa, nəinki bizi işdən çıxararlar, hətta  bizi həbs edəcəklər”
 Daha bir islamçı məhbus Anar Qasımlının da olayın baş verdiyi  həbsxanada məhkumluq həyatı yaşaması onun da ailəsinin, yaxınlarının narahatlığına gətirib çıxarıb. A. Qasımlının atası Əsgər Qasımlı da övladının səbəbsiz yerə həbs olunduğunu və bu ölkədə haqqın, ədalətin olmadığını bildirib. O, islamazeri.az-a qeyd edib ki, hadisənin oğlunun da məhbusu olduğu həbsxanada baş verməsi onu çox narahat edib: “Anarın vəziyyəti yaxşıdır. Baş vermiş o qanlı olaydan sonra iki dəfə oğlumla danışmışam. Mənim övladıma qarşı, heç kim orda zülm, işgəncə verə bilməz. 2012-ci ilin oktyabrından bu günə qədər mən ancaq əzab-əziyyət çəkirəm. Oğluma toy edirdim, dəvətnamələri paylamışdım. Haqsız yerə həbs etdilər, dəvətnamələr əlimdə qaldı. Tamam qanunsuz, əsassız olaraq, küçədən tutub aparıblar. Bu, vətəndaşa qarşı həqarət, qərəzli mövqe deməkdir. Azadlığın məhv edilməsi deməkdir. Bizim ölkədə qanunlar kağız üzərindədir. Hərənin öz qanunu işləyir. Tamam ədalətsizlik, haqsızlıq, qanunsuzluq baş alıb gedir. Məhkəmədə hakimlər dedilər ki, sənin oğlunun heç bir təqsiri yoxdur, o, günahsızdır. Amma bu, yuxarıdan gələn bir sifarişdir. Əgər Anar tutulmasa, nəinki bizi işdən çıxararlar, hətta  bizi həbs edəcəklər. Təəssüflər olsun ki, bu ölkədə, hərənin öz qanunları var. Sözümüzü, dərdimizi müvafiq bir qurum tapıb deyə bilmirik. Qanunsuz tutublarsa, mənim oğluma orda qanunsuz cəza da verə bilərlər. Onlardan başqa nə gözləmək olar ki.” islamazeri /

Google+ WhatsApp ok.ru