1900 sionist müharibədən qaçdığı üçün cəzalandırılıb

Sionsit rejim ordusunun statistikalarına əsasən, təkcə ötən ildə 1900 yəhudi ordudan qaçıb və 2700 nəfər də bildirib ki, orduda xidmət etməyəcək.
 
Maide.az xəbər verir ki, sionist "Yediot Aharnot" qəzetinin yazdığına görə, İsrail rejiminin hərbi təcridxanaları dolu olduğu üçün orduda xidmətdən qaçan bir çox yəhudi digər həbsxanalara salınıb. 
 
Qəzet yazır ki, sionist rejim orduda xidmətdən yayınan sionistlərin cəzalarının sərtləşdirilməsini istəyir. Bu arada sionist dairələr bildiriblər ki, son vaxtlar İsrailin həbsxanalar idarəsinin müxtəlif sektorlarında işləyən 3 hərbçi intihar edib. 
 
Bir neçə ay öncə də sionist medialar bildirmişdilər ki, 2014-cü ildə bu rejim hərbçləri arasında intihar halları iki dəfə artıb. 
 
Sionist rejimin Qəzza zolağına qarşı 50 günlük müharibəsindən sonra sionist hərbçilər arasında intihar halları artıb. Bu məsələ sionist başçıların nigarançılığına səbəb olub.

Google+ WhatsApp ok.ru