200 gün davam edən mühasirə dayandırılsın - Bəhreyndə etiraz akisyası-FOTO

200 gün davam edən mühasirə dayandırılsın - Bəhreyndə etiraz akisyası-FOTO

Bəhreyn xalqı ötən axşam da Diraz bölgəsində Ayətullah Şeyx İsa Qasimin evinin ətrafında etiraz aksiyası keçirib və artıq 200 gündür mühasirədə saxlanılan bu bölgənin mühasirəsinə son qoymağa çağırıb. 
 
Maide.Az xəbər verir ki, ötən gün səhər Ali Xəlifə rejim məhkəməsi Ayətullah İsa Qasimin məhkəməsini keçirib. Məhkəmənin keçirilməsinin ardınca Bəhreyn xalqı Ayətullah İsa Qasimin Diraz bölgəsindəki evinin ətrafında genişmiqyaslı etiraz aksiyası keçirib. Etirazçılar Ali Xəlifə rejiminin Ayətullah Qasimə qarşı bu addımını hakimiyyətin şiələrə qarşı təzyiqi adlandırıb və Diraz bölgəsinin mühasirəsini dayandırmağa çağırıb. 
 
Son günlər təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və həbslərin sayının artmasına baxmayaraq, Bəhreyn xalqı küçələrə axışıb Ayətullah İsa Qasimin şəkillərini əllərində tutaraq onu dəstəklədiklərini elan edib və Şeyx Qasimin məhkəməsinin davam etdirilməsini isə pisləyib.   
 
Bildirilir ki, Ali Xəlifə rejim qüvvələri zirehli texnika ilə xalqa hücum edib və gözyaşardıcı qaz atmaqla onları dağıtmağa çalışıb. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru