200 il tarixi olan ən kiçik Quran nüsxəsi - FOTO - VİDEO

Misirin  Asyut əyalətində  bir nəfərin evində 200 il tarixi olan ən kiçik Quran nüsxəsi tapılıb.
 
Maide.az xəbər verir ki, bu Quran nüsxəsi bəlkədə dünyada ən kiçik Qurandır ki, onun  200 il tarixi var. 
 
Asyut Universitetinin Sosial Elmlər və Coğrafiya Fakültəsinin rəhbəri Əhməd Qasim deyib ki, Quran nüsxəsini evində saxlayan şəxs onu atalarından irs aparıb.  “Quran nüsxəsinin 200 ildən çox tarixi var. Osmanlı xilafəti dövrünün əvvəlinə aiddir. Quranı evində saxlayan şəxs onu satmaq istəmir”.
 
O deyib ki, Quran nüsxəsinin diametri 2 sm, eni  2 sm və  uzunluğu isə  25 mm-dir. “Quran nüsxəsi Osmanlı möhürü ilə möhürlənib və  çox gözəl qızıl işləməsi ilə cildi bəzədilib. Həmin dövrün bütün Quranlarında olduğu kimi xətmi Quran duası  ərəb və türk dillərində bu nüsxədə yazılıb”. 
 
Onun sözlərinə görə, Quranın bütün surələri və ayələri  bu kiçik Quranda  yer alıb. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru