Sadəcə 57 nəfərlə işləyən `WhatsApp` 900 milyon istifadəçinə necə xidmət göstərir?

"Facebook" sosial şəbəkəsinin F8 konfransında Mark Zuckerbergdən sonra "WhatsApp" mühəndisi çıxış etdi. İki il əvvəl "Facebook" tərəfindən 19 milyard dollara satılan "WhatsApp", öz işçi sistemini bu iki ildə dəyişmədi. Sadəcə 57 nəfər işçisi və 900 milyon istifadəçisi ilə hər gün bir qədər də yüksəlməkdədir. Bütün bunlara baxmayaraq, 57 mühəndisi ilə, hər gün 42 milyard ədəd mesajı sahibinə çatdırmaqdadır.
 
Təcrübəli mühəndislərə sahib olan "WhatsApp" və strategiyasını "kifayət qədər mühəndis" (Just Enough engineering) üstündə formalaşdırmaqdadır. Bu strategiya əsasında da şirkət, öz sistemini qurmaqdadır.
 
"WhatsApp" işçiləri iclas etmir!
 
Şirkət dedikdə ilk ağla gələn iclas, "WhatsApp" şirkətində yoxdur. Beş nəfərlik bir qrupla işə başlayan "WhatsApp", ilk sualını " iclaslar harda olsun?" sualı ilə başladı. Daha sonra isə, şirkət iclasdan imtina edərək, bu sualın cavabını bir dəfəlik vermiş oldu. Açıldığı gündən bu günə qədər bütün iclaslarını mesajlarla idarə etməkdədir. Bu sistemin əsas üstünlüyü isə, "WhatsApp" rəhbərliyinə görə daha səssiz, daha çevik bir ofis sistemini təmin ediblər.
 
Az insan, az xəta demək deyilmi?
 
"Google" şirkətində işləyən 1000-dən çox işçidən fərqli olaraq, sadəcə olaraq 57 nəfərlə işləyən "WhatsApp", bu strategiyanın köməkliyi ilə "WhatsApp", işçiləri tərəfindən daha az səhv faizi göstərməkdədir ki, bu da şirkəti inkişafa aparmaqdadır.
 
Başqa dünya nəhəngləri isə, bu strategiyanın əksinə olaraq minlərlə işçi işlətməkdə və şirkətlərini inkişaf etdirməkdədir.
 
57 nəfərlə işləməyin mənfi cəhəti ...
 
Az insanla işləməyin əsas çətinliyi, işçilərdən hətta birinin işə gəlməməsi zamanı şirkət, ciddi problemlərlə üzləşir.(Deyerler.org)
 

Google+ WhatsApp ok.ru