2014-cü il son 15 ildə ən aktivləşmə və güclü zəlzələlər olan il olub

2014-cü il son 15 ildə ən aktivləşmə və güclü zəlzələlər olan ildir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu il ərzində maqnitudası 5-dən yuxarı olan 6 zəlzələ baş verib.

Q.Yetirmişli deyib ki, bu il həm zəlzələlərin sayına, həm də ayrılan enerjinin miqdarına görə seysmiklik cəhətdən ən yüksək dövr olub: "Ümumilikdə, bu il Azərbaycanda 8 mindən çox zəlzələ qeydə alınıb”.

Q.Yetirmişli əlavə edib ki, bu il baş verən zəlzələlər dərinlikdə olduğuna görə silkələmə əhatəsi böyük olub, amma dağıntısı olmayıb. /

Google+ WhatsApp ok.ru