Azərbaycanda həftə ərzində müşahidə olunacaq hava şəraiti açıqlandı 24 Dekabr 2014 02:00 Ölkə Yaxın 3 gün ərzində Azərbaycanda küləkli hava şəraiti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman gözlənilir. Şimal qərb küləyi səhər mülayimləşək, günün ikinci yarısında arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti proqnozlaşdırılır. Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır. / Teqlər : #Azərbaycanda həftə ərzində müşahidə olunacaq hava şəraiti açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2014-cü il son 15 ildə ən aktivləşmə və güclü zəlzələlər olan il olub “Müəllim və həkimlərin maaşı artmayacaq”