2015-də 2200-dən çox fələstinli uşaq həbs olunub

Sionist hərbçilər 2015-ci ildə 2200-dən çox fələstinli uşağı həbs ediblər.
 
Maide.az xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Fələstin Əsirləri və Azad olunmuşlarının məsələləri üzrə heyətin rəhbəri İsa Qəraqe cümə axşamı günü İordan çayının qərb sahilində bildirib: Sionist hərbçilər 2015-ci ildə Fələstinin müxtəlif bölgələrində 2200-dən çox fələstinli uşağı həbs edib. Onlardan bəziləri bir gün saxlanıdıqdan sonra azadlığa buraxılıb.
 
İsa Qəraqe 2016-cı ili sionist həbsxanalarında fələstinli əsir uşaq və qadınlarla həmrəylik ili adlandırıb və əlavə edib ki, hazırda sionist rejim həbsxanalarında olan uşaqların sayı 450 nəfərdən çoxdur.
 
Fələstin rəsmisi bildirib ki, saxlanılan fələstinli uşaqların əksəriyyəti sionist rejim hərbçilər tərəfindən işgəncəyə məruz qalır.
 
İ.Qəraqe həmçinin əlavə edib ki, hazırda 55 fələstinli əsir qadı sionist rejim həbsxanasında saxlanılır ki, onlardan 15 nəfəri azyaşlı qızlardır və həbsdə olan qadınlardan 9 nəfəri də yaralıdır.
 
Onun sözlərinə görə, təxminən iki ay öncə İsrail həbsxanalarında aclıq aksiyası keçirən fələstinli əsir jurnalist Məhəmməd əl-Qiqin həyatı hazırda təhlükədədir.
 
İ,Qəraqe fələstinli əsirlər, xüsusilə də Məhəmməd əl-Qiqlə həmrəyliyi elan etmək üçün beynəlxalq kampaniyanın başlanması, eləcə də fələstinli əsirlərin azadlığı üçün bütün beynəlxalq hüquq müdafiəsi təşkilatlarının dərhal hərəkətə keçmələrinin vacibliyini vurğulayıb.
 
Hazırda 7 mindən çox fələstinli sionist rejim həbsxanalarında acınacaqlı şəraitdə saxlanılır. /

Google+ WhatsApp ok.ru