2016-cı ildə Astanada Xəzər sammiti keçiriləcək

2016-cı ildə Astanada Xəzər sammiti keçiriləcək. Sammitə beş Xəzəryanı dövlətin rəhbərləri gələcəklər. Bu barədə Qazaxıstan Respublikasının xarici işlər naziri Yerlan İdrisov məlumat verib.

Maide.az-ın AzərTac-a istinadla verdiyi məlumata görə, O deyib: “Bu il Həştərxanda keçirilmiş sammitdə Xəzərin hüquqi statusu haqqında hərtərəfli konvensiyanın hazırlanması perspektivini yaxınlaşdıran çox mühüm siyasi qərarlar qəbul edilib. Növbəti sammit 2016-cı ildə Astanada keçiriləcək. Xəzərə dair danışıqlar çərçivəsində çox fəal, gərgin və çətin iş aparılacaq”.

2015-ci ildə keçiriləcək Xəzər sammitində beş Xəzəryanı dövlətin – Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistanın rəhbərlərinin iştirakı gözlənilir.

Y.İdrisov deyib: “Belə hesab edirik ki, Astana sammitinədək qalan məsələlər barədə razılığa gələ biləcək, kompromis tapacaq, siyasi qərar qəbul edilməsinə və bəlkə də Astana sammitində hüquqi status haqqında konvensiyanın imzalanmasına nail ola biləcəyik. Dövlət başçısı konkret tapşırıq verib və Qazaxıstan bu perspektivi yaxınlaşdırmaq, Xəzərə dair qarşıdakı Astana sammitinə güclü siyasi məzmun vermək üçün ən fəal addımlar atacaqdır”/

Google+ WhatsApp ok.ru