2016 qaçqınlar üçün ən ölümcül il olacaq

2016 qaçqınlar üçün ən ölümcül il olacaq

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 2016-cı il, Aralıq dənizi üzərindən Avropaya keçmək istəyərkən ən çox qaçıqının öldüyü il olaraq tanınıb.
 
Maide.Az "Dunyabulteni"nə istinadən xəbər verir ki, BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı 2016-ci ilin yanvar ayından bəri  3 min 210 qaçqının ölü və itkin kimi qeydiyyatdan keçdiyini açıqlayıb. 
 
Keçən il bu tarixdə bu rəqəm 15 faiz daha az idi. BMT bildirib ki,  hadisələr bu cür davam edərsə, 2016-cı il Aralıq dənizdə ən ölümcül il olacaq.
 
BMT-nin məlumatlarına görə bu il ərzində 300 mindən çox qaçqın Aralıq dənizi üzərindən Avropaya keçib. 2015-ci ildə İtaliya və Yunanıstan sahillərinə yarım milyondan artıq qaçqın getmişdi. 
 
BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı Yunanıstan və İtaliyadakı qaçqınların vəziyyəti mövzusunda narahat olduğunu açıqlayıb. Yunan adalarında hazırda təxminən 60 minə qədər qaçqın var. İtaliyada isə 160 minə qədər qaçqın düşərgələrdə qalır.
 

Google+ WhatsApp ok.ru