2017-ci il: Rohinciya müsəlanları üçün ən ağır il

2017-ci il: Rohinciya müsəlanları üçün ən ağır il

-- Rohinciyalı qaçqınların 65 faizdən çoxu pisxoloji sarsıntı keçirib

Rohinciyalıların Avropa üzrə Şurası ötən gün  yeni il münasibətilə  bəyanat yayaraq  2017-ci ili  Rohinciya müsəlmanlarının tarixində ən ağır il olduğunu bildirib. 
 
Maide.Az “Əl-Qüds Əl-Ərəbi” saytına istinadən xəbər verir ki,  bəyanatda 2017-ci ilin Rohinciya müsəlmanları üçün  ən ağır və ən pis il olduğu vurğulanıb və qeyd edilib ki,  bu il ən az 650 min  müsəlman ifratçı budistlər və Myanma ordusunun zülmündən qaçaraq Banqladeşə  sığınıb. 
 
Bəyanatda bildirilir: “Bu  qaçqınların 65 faizdən çoxu  pisxoloji  sarsıntı keçirib, uşaq və qadınların əksəriyyəti  Aung San Suu Kyinin başçılıq etdyi Myanma ordusunun  təcavüzünə məruz qalıb.”
 
Bəyanatda dünya ictimaiyyəti Rohinciya müsəlmanlarına yardım etməyə və onları dəstəkləməyə çağrılıb.
 
Qeyd edək ki, Sərhədsiz  Həkimlər  Təşkilatı tərəfindən  yayımlanan hesabata əsasən, 25 avqust tarixindən 24 sentyabr tarixinədək  ən az 9 min  Rohinciyalı müsəlman  Myanma ordusu tətərfindən  öldürülüb.

Google+ WhatsApp ok.ru