2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları ilə bağlı Sərəncam qəbul edilib

2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları ilə bağlı Sərəncam qəbul edilib

Dekabrın 19-da Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam qəbul edib.
 
Maide.Az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Baş nazir Novruz Məmmədovun imzaladığı Sərəncamda deyilir:
 
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6–sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun”.
 

Google+ WhatsApp ok.ru