20 yaşlı gənc alma yedi və öldü 13 İyun 2016 01:00 Hadisə Yediyi alma onun boğazında qalıb. Şamaxıda bədbəxt hadisə ölümə səbəb olub. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, şəhərdəki mənzillərdən birində yaşayan 1996-cı il təvəllüdlü İslam Rəsul oğlu Allahverdiyevin nəfəs borusunda alma qalıb. Nəfəs ala bilməyən 20 yaşlı gənc boğularaq dünyasını dəyişib. Faktla bağlı Şamaxı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Son iki gündə ölkə ərazisində daha iki bədbəxt hadisə baş verib. Ötən gün Biləsuvar rayonunun Amankənd kəndində yaşayan azyaşlı Nuru Hüseynli evlərinin yaxınlığından keçən arxa düşərək boğulub. Nizami (Gəncə) rayonunun Gülüstan qəsəbəsində yaşayan Musa Abbasov isə evinin damında iş görərkən yıxılıb. Xəstəxanaya yerləşdirilən M.Abbasov iyunun 11-də orada ölüb. Teqlər : #20 yaşlı gənc alma yedi və öldü , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Polis idarəsində insident Bakıda şagird sinif yoldaşını tir tüfəngi ilə vurdu