20 Yanvar dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Tərtib olunmuş qrafikə əsasən, Bakının bəzi küçə və prospektlərində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, bununla əlaqədar olaraq, bu gün saat 11:00-dan etibarən 20 Yanvar dairəsində - Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
 
İşlər başa çatanadək sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru