Bu gün Azərbaycan saytlarına erməni kiber qruplaşmaları tərəfindən hücumların olacağı gözlənilir 24 Aprel 2015 01:00 Ölkə Bu gün Azərbaycanın, o cümlədən, Türkiyənin dövlət və özəl sektoruna aid saytlara erməni kiber qruplaşmaları tərəfindən planlaşdırılan hücumların həyata keçiriləcəyi gözlənilir. Bu barədə Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin apardığı araşdırmada bildirilir. Qurum mümkün kiber hücumların qarşısının alınması və reaksiya müddətinin azaldılması üçün dövlət və özəl sektora aid informasiya sistemlərinə cavabdeh şəxsləri diqqətli olmağa çağırır. Teqlər : #Bu gün Azərbaycan saytlarına erməni kiber qruplaşmaları tərəfindən hücumların olacağı gözlənilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 20 Yanvar dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır Azərbaycanda şəxsiyyət vəsiqəsinin tətbiqi müddəti uzadılır