20 Yanvardan avtobuslar yığışdırılır - REYD

Paytaxtın 20 Yanvar dairəsindən fəaliyyət göstərən Bakı-Sumqayıt avtobusları yığışdırılacaq.
Maide.az Axar.az-a istinadən xəbər verir ki, kiçik mikroavtobuslarla sərnişindaşıma ilə məşğul olan bu marşrutların fəaliyyətinə birdəfəlik xitam veriləcək.

Əldə etdiyimiz məlumata görə, sözügedən marşrutlar Nəqliyyat Nazirliyinin müvafiq qurumunun tərkibində deyil və qanunsuz fəaliyyətlə məşğuldur.

Bildirək ki, bir müddət öncə nazirlik ayrı-ayrı sahibkarlara məxsus bu avtobusları yoxlayıb və qanunsuz fəaliyyətinə qadağa qoyub. Sadəcə, Bakı-Sumqayıt xətti üzrə marşrut qıtlığı səbəbindən onların fəaliyyətinə müəyyən qədər imkan verilib.

Onu da bildirək ki, sözügedən marşrut avtobusları uzun müddətdir ki, fəaliyyət göstərir. Onların fəaliyyətinə xitam verilməsi yaxın vaxtlarda açılacaq “Avtovağzal” metrostansiyası ilə də bağlıdır.

Stansiya sərnişinlərin istifadəsinə verildikdən sonra nazirliyin yeni avtobusları məhz buradan fəaliyyət göstərəcək./

Google+ WhatsApp ok.ru