2500 il əvvəl itmiş şəhər tapıldı 13 Dekabr 2016 02:00 Maraq dünyası Arxeoloqlar 2500 ilə əvvəl Yunanıstanda itmiş şəhəri aşkar ediblər. Geteborq və Bornmut universitetinin alimləri Afinadan 5 saatlıq məsafədə yerləşən ərazidə araşdırmalar aparıblar. Onlar təpənin ətəklərində şəhər darvazasının, divarların və bürclərin qalıqlarını aşkar ediblər. Alimlərin sözlərinə görə, ilk iki həftə ərzində onlar qədim gil qablar və təxminən eradan əvvəl 500-cü ilə aid olan sikkələr tapıblar. Alim Round onu da qeyd edib ki, aşkar etdikləri şəhər e.ə 4-3-cü əsrlərdə inkişaf edib. Alim qeyd edib ki, layihənin ikinci hissəsi gələn ilin avqust aylarına planlaşdırılır. (qafqazinfo) / Teqlər : #2500 il əvvəl itmiş şəhər tapıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Süni intelekt həyatımızı necə dəyişəcək? “Skype”da yenilik