Süni intelekt həyatımızı necə dəyişəcək?

Süni intelekt həyatımızı necə dəyişəcək?

Google, Facebook, Apple ve Microsoft kimi nəhəng şirkətlər süni intelektə investisiyaları günü-gündən qüvvətləndirirlər.
 
2013-cü ildə bu investisiya 720 milyon dollar idisə, 2015-ci ildə 3 qat artaraq 2, 4 milyarda çatıb. Lakin süni intelektin Hollivud filmlərində yaratdığı qaranlıq imic insanları narahat edir. Əslində süni intelektin bu qədər genişləndirilməsi nə ilə nəticələnəcək?
 
Robotların insanların yerinə keçmə ehtimalı həmişə fantastik filmlər üçün  mövzu olub. Lakin Londonda keçirilən  bu dəfəki konfransda mütəxəssilər süni intelektin dünyanın iqlim problemləri və aclıq kimi problemləri cözəcəynə inandıqlarını söyləyiblər. 
 
konferans tek
 
2017-ci ildə Microsoft, IBM, Facebook, Amazon ve Google birlikdə bir şirkət quracaqlar. Bu şirkət süni intelekt istiqamətində fokuslanacaq. Lakin Google yalnız süni intelektə maraq göstərmir. Şirkət 2013-cü ildə Boston Dinamiks şirkətini də satın alıb. Bu şirkət robotlara süni intelekti tətbiq edir. Bi şirkətin London sərgisinə çıxardığı Spotmini adlı robot pillələri çıxır, qapıları açır və içində maye olan qabları daşıya bilir. Boston Dinamiks şirkəti robotları dost kimi dizayn etdiklərini söyləyib. 
 
AI robot yapay
 
Mütəxəssislər insanların süni inteletkdən qorxmasını işsizlik qayğısı ilə əlaqələndiriblər. Onlar bildiriblər ki, necə ki, sənaye inqilabı çox adamı işsiz qoydu, bu da elə nəticələncək. Lakin bu da özlüyündə yeni iş sahələri açacaq. Cənubi Afrikalı Gerike adlı bir biznesmen robotların cəmiyyət üçün əxlaqi qərarlar verə bilməyəcəyini vurğulayıb. 
 
Robot
 
"Gələcəkdə fiziki dünya ilə virtual dünya bir-birinin içinə elə girəcək ki, onların sərhədləri qarışacaq"- Bunu bu sərgidə iştirak edən finlandiyalı başqa bir iş adamı söyləyib. (islaminsesi) /

Google+ WhatsApp ok.ru