269 mağazasını bağlayacaq

ABŞ-ın hipermarketlər şəbəkəsi olan “Walmart” 154-ü bu ölkədə olmaqla 269 mağazasını bağlamaq qərarı verib.
Maide.az "Azərtac"-a istinadən xəbər verir ki, “Walmart”ın Arkanzas ştatındakı mərkəzi ofisindən edilən şərhdə bağlanacaq mağazalardan 154-nün ABŞ-da, 52-nin Porto Rikoda və qalanın isə Latın Amerikası ölkələrində olduğu bildirilib. Bu mağazalarda ümumilikdə 16 min nəfərin işlədiyi də qeyd edilib.
“Walmart” icraçı direktoru Doug McMillon isə şirkətin gələn il dünya üzrə 300-dək yeni mağaza açacağını deyib./
 

Google+ WhatsApp ok.ru