`28 May`da svetofor qoyuldu - Piyadalar cərimələnir

İki gün əvvəl metronun «28 May» staniyasının yaxınlığında «28 mall»ın qarşısındakı piyada keçidinin yanına svetofor qoyulub. Buradakı zebra dəhşətli tıxaca səbəb olurdu.

Piyadalar burada intensiv hərəkət etdiyi üçün avtomobillər dəqiqələrlə onlara yol vermək üçün gözləməli olurdular. Bu da tıxac yaradırdı.

Nəhayət, iki gün əvvəl həmin keçidin yanına svetofor qoyulub. Yəni, svetoforla nizamlanan piyada keçidi həm sürücülərə, həm də piyadalara rahatdır.

Amma oxucuların Avtosfer.az-a verdiyi məlumata görə, əksər piyadaların həmin svetofordan xəbəri yoxdur. Heç nəyə fikir vermədən avtomobillər üçün svetoforun yaşıl işığı yananda da piyada keçidinə daxil olub yolu keçirlər və qəza şəraiti yaradırlar.

Qarşıda isə onları yol polisləri saxlayıb 20 manat cərimə yazır.Avtosfer.az  /

 

Google+ WhatsApp ok.ru