`İslamazeri` saytına xaker hücumu olub

"İslamazeri.az" saytı və facebook profili xakerlər tərəfindən ələ keçirilib.
Saytdan Maide.az-a verilən məlumata görə, saytın xəbərləri silinib. Saytın idarə paneli hücumların qarşısının alınması üçün müvəqqəti olaraq bağlanıb.
Bundan əlavə bildirilir ki, sayta virus yerləşdirilib. Hazırda saytın texnikləri problemlərin aradan qaldırılması və saytın arxivinin bərpası yönündə işlər görürlər.
Həmçinin saytın facebook pofili olan islamazeri.az səhifəsi də naməlum şəxslər tərəfindən ələ keçirilib və səhifənin bütün adminləri silinib. 

Google+ WhatsApp ok.ru