300 amerikalı desant Ukraynada

ABŞ-ın 300 desant qüvvəsi Ukraynaya ezam olunub.
Maide.az xəbər verir ki, Fransa xəbər agentliyinin məlumatına görə, ABŞ ordusu dünən  bəyanat yayaraq, təqribən 300 amerikan desantın Ukrayna hərbçilərinə təlim keçmək məqsədilə bu ölkəyə göndərildiyini bildirib.
Hərbi təlimlərin qiyamçılara qarşı savaşda Ukrayna hərbçilərinin hazırlıq səviyyəsinin artırılması məqsədi daşıdığı bildirilir. 
ABŞ ordusunun 173-cü desant briqadasının hərbçiləri Ukraynanın qərbində yerləşən Lvov vilayətindəki Yavoriv şəhərinə daxil olublar. 
Məlumata görə, ABŞ hərbçiləri 6 ay müddətinə Ukrayna ordusunun 3 batalyonuna hərbi təlimlər keçəcək./
 

Google+ WhatsApp ok.ru