30 ilin müəllimləri dindar övladlarına görə işdən qovuldu

Beyləqan rayonu Birinci Şahsevən kəndində üç müəllim övladlarının dindar olmaları səbəbilə işdən azad olunublar. 
 
Bu haqda  Avropa.info-ya Beyləqan rayonundakı mənbələrdən məlumat daxil olub.
 
Məlumata görə, kəndin 1 nömrəli məktəbdən bir, 2 nömrəli məktəbindən isə iki müəllim işdən çıxarılıb. 
Kənd sakinlərinin dediklərinə görə, məktəb rəhbərlikləri müəllimlərin işdən qovulmasının səbəbi kimi onların övladlarının  dindar  olmasını göstərib. 
 
İşdən qovulan müəllimlər, Sahib Əliyev, Nurəddin Babayev və Gülnarə Fərmanova  30 ilə yaxın stajları olan  qocaman müəllimləridir. 
 
"Otuz ilə yaxın müəllim fəaliyyəti ilə məşğul olan bu şəxslərin hər üçü müəllim maaşı ilə dolanan kasıb insanlardır".

 

Google+ WhatsApp ok.ru