Şənbə günü evdən bayıra çıxmayaq?

Şənbə günü saat 20:00-da Bakı Olimpiya Stadionunda Avropa Oyunlarının açılış mərasiminin məşqi keçiriləcək.
 
Bununla əlaqədar iyunun 6-da saat 16:00-dan iyunun 7-i saat 02:00-dək  Babək və Heydər Əliyev prospektlərində (Bazar Store tərəfdən) Sabunçu yol qovşağına qədər (keçmiş Komsomol dairəsi) nəqliyyatın hərəkəti bağlı olacaq.
 
Həmçinin Mehdi Hüseyn küçəsi Parlament dairəsi tərəfdən Teymur Əliyev küçəsinin kəsişməsinə qədər bağlı olacaq.
 
Bakı sakinlərinə xəbərdarlıq edlib ki, bununla əlaqədar ictimai nəqliyyatda sərnişin sıxlığı yarana bilər.

Google+ WhatsApp ok.ru