400 ukraynalı hərbçi Rusiyadan sığınacaq istəyib

400 nəfərdən çox ukraynalı hərbçi sığınacaq almaq üçün Rusiyaya müraciət edib.
 
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə Sərhəd İdarəsinin mətbuat xidmətinin rəhbəri Vasili Malayev deyib.
 
O bildirib ki, avqustun 4-də gecə saatlarında rusiyalı sərhədçilər sığınacaq istəyən ukraynalı hərbçilər üçün humanitar dəhliz açıblar. Onun sözlərinə görə, onların arasında 164 sərhədçi olub. 

Google+ WhatsApp ok.ru