49 fələstinli yaralanıb

49 fələstinli yaralanıb

Ötən gün Qəzzadakı Böyük qayıdış aksiyaları vaxtı İsrail rejimi tərəfindən açılan atəş nəticəsində 49 fələstinli yaralanıb. 
 
Maide.Az  RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.
 
"İşğalçı rejim hərbçilərinin açdığı atəş nəticəsində  49 fələstinli, o cümlədən 22 uşaq güllə yaraları alıb", - deyə sənəddə bildirilir.
 
Qeyd edək ki, Qəzza sektorunda fələstinlilərin etirazları artıq 78-ci cümə günüdür ki, ardıcıl davam edir. 2018-ci ilin 30 martından bu günə kimi “Böyük Qayıdış Yürüşü”ndə indiyədək  310-dan çox fələstinli  sinonist rejim hərbiçilərinin gülləsi ilə şəhid olub, 2500-dən çox  fələstinli isə yaralanıb. 
 
 
 

Google+ WhatsApp ok.ru