50 min videokamera Qazaxıstanı terrorçularından qoruyacaq?

50 min videokamera Qazaxıstanı terrorçularından qoruyacaq?

Qazaxıstanda terrorizmlə mübarizə çərçivəsində təxminən 50 min kamera quraşdırılacaq.
 
Maide.Az "islam-today.ru" xəbər saytına istinadən xəbər verir ki, bu barədə Qazağıstan Milli Təhlükəsizlik Nazirliyinin rəsmisi Nurqali Bilisbekov bildirib. 
 
O qeyd edib ki, hazırda Qazaxıstan ərazisində təxminən 4 min videokamera quraşdırılsa da bu kifayət etmir. Təhlükəsizliyi təmin etmək üçün respublikanın bütün ərazisində videokameralar quraşdırılacaq. Ən azı 50 min videokamera quraşdırmağı hədəfləyirik.
 
Onun sözlərinə görə, videokameraların quraşdırılmasında məqsəd ölkdə ekstremizmin qarşısını almaq və terrorizmə qarşı mübarizədir. Bütün bunlar dövlət proqramı çərçivəsində aparılacaq.
 

Google+ WhatsApp ok.ru