50 partiyadaşı Trampdan imtina etdi

50 partiyadaşı Trampdan imtina etdi

ABŞ-da Respublikaçılar Partiyasından 50 nəfər Donald Trampı dəstəkləməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə partiya üzvləri bəyanatla çıxış ediblər.
Keçmiş daxili təhlükəsizlik rəhbərləri, kəşfiyyat direktorları və prezident müşavirlərinin daxil olduğu qrup Trampda prezidentliyə gərəkən xarakter, dəyərlər və təcrübə olmadığını deyib.
 
Trampdan imtina edən partiya üzvləri Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintona da səs verməyəcəklərini qeyd ediblər.
Bu arada sabiq prezident Corc Buş xanım Klintona dəstək verəcəyini açıqlayıb.
 

 

Google+ WhatsApp ok.ru