5500 tunisli Suriya və İraqda terrorçuların sıralarında vuruşur

Birləşmiş Millətlər Təşkilatının yaydığı son hesabata əsasən, Tunisin 5500 vətəndaşı Suriya və İraqda terror qruplaşmalarının sıralarına qoşulublar.
 Itar-Tass-ın məlumatına görə, sözügedən hesabatda bildirilir ki, 18-35 yaş arası olan terrorçular İraq, Suriyaya və Liviyaya yollanıblar. Tunis ərazisində fəaliyyət göstərən terrorçular İraq və Suriyaya göndərdikləri hər yaraqlıya görə, 9 min avro alırlar. Bununla yanaşı Tunis vətəndaşı olan 700 qadın terrorçuların sıralarına qoşulmaq üçün Suriyaya yollanıblar. deyerler /
 

Google+ WhatsApp ok.ru