55 gün aclıq aksiyası keçirdi: Sionist rejim onu sərbəst buraxmağa məcbur oldu

Fələstin  İslami Cihad Hərəkatın Sionist rejimin əsirliyində olan üzvi Şeyx Xıdır Adnanın bu rejimin həbsxanalar idarəsi ilə razılaşma əldə edildikdən sonra 55 günlük aclıq aksiyasını dayandırdı.
Maide.az xəbər verir ki, Hərəkatdan verilən açıqlamada 55 günlük əfsanəvi dirənişin müsbət sonluqla bitdiyi qeyd edilib: Sarfand xəstəxanasında əldə olunan razilaşmaya görə, təcavüzçü İsrail rejimi tərəfindən həbs edilən Şeyx Xıdır Adnan Ramazan bayramından öncə sərbəst buraxılacaq. Sionist rejim bir daha X.Adnanı həbs etməyəcəyinə dair də söz verib. Şeyx Adnan ötən gün xəstəxanada ailəsi ilədə görüşüb. 
Dəfələlər sionist rejim tərəfindən həbs edilən Şeyx, İslami Cihad Hərəkatının ən öndə gələn şəxslərindən biridir. O sonuncu dəfə 8 iyul 2014-cü il tarixində Cənin şəhərində həbs edilib. O, inzibati həbs müddətinin uzadıldığı üçün 5 may 2015-ci ildə həbsxanda aclıq aksiyasına başlamışdı. /
 

Google+ WhatsApp ok.ru