55 nəfər saxlanıb

Yanvarın 12-13-də  Siyəzəndə baş vermiş hadisələrə görə 55 nəfər saxlanılıb. Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda belə deyilir.
 
Məlumata görə, "törədilmiş əməllərlə bağlı Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə  (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) cinayət işi başlanıb. 
 
Məlumatda deyilir ki, saxlanılmış şəxslərdən bir neçə nəfəri cinayət məsuliyyətinə cəlb edilib. 
 
“Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib”. 

Google+ WhatsApp ok.ru