5 ölkənin kəşfiyyat rəhbəri məxfi görüş keçirəcək

5 ölkənin kəşfiyyat rəhbəri məxfi görüş keçirəcək

5 ölkənin kəşfiyyat xidmətinin rəhbərləri Yeni Zellandiyada bir araya gələcək.
 
Bu barədə "The New Zeland Herald" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, məxfi toplantıda ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyadan 15 xüsusi xidmət orqanları iştirak edəcək.
 
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Ceyms Komi və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Maykl Pompeonun da iştirak edəcəyi toplantının keçiriləcəyini Yeni Zellandiyanın baş naziri Bill İnqliş təsdiqləsə də, ətraflı məlumat verməyib. (faktxeber) /

Google+ WhatsApp ok.ru