5 rayon qazsız qalacaq

Azərbaycanın bəzi rayonlarında təbii qazın verilişində məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, abonentlərə qaz nəqli sistemində və  təchizat şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12:00-dək Füzuli, saat 11:00-dan 15:00-dək Səbail, saat 11:00-dan 16:00-dək Sabunçu, saat 11:00-dan 17:00-dək Şamaxı, saat 16:00-dan 18:00-dək Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. /

Google+ WhatsApp ok.ru