“Bu savaş təkfirçilərin və İsrailin məğlubiyyəti ilə bitəcək`

 "Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullah , İŞİD-lə mübarizə məqsədilə təşkil edilən koalisiya güclərinin sadəcə reklam məqsədilə qurulduğunu bildirib.

Maide.az-ın məlumatına görə, bu sözləri Seyid Həsən Nəsrullah Bəqa bölgəsinə səfəri zamanı söyləyib.

Bölgədəki döyüşün özlərinin və müttəfiqlərinin lehinə nəticələnəcəyini qeyd edən Seyid Həsən Nəsrullah bildirib ki, "Bu savaş həm də təkfirçilərin və İsrailin də məğlubiyyəti ilə bitəcək. Hansı təzyiqlər olursa olsun Hizbullah təkfirçilər və İsrailə qarşı mübarizə aparmağa davam edəcək”.

Son günlərdə bölgədə yaşanan vəziyyət barədə də danışan Seyid Həsən Nəsrullah, İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyanın tamamilə cəfəngiyat bir koalisiya olduğunu və reklam məqsədi ilə qurulduğunu  bilidirib və deyib ki, ən ölümcül zərbələr İŞİD-ə Hizbullah tərəfindən olub.

Google+ WhatsApp ok.ru