6 yaşı tamam olmayan uşaqlar da məktəbə gedə biləcək - YENİLİK

6 yaşı tamam olmayan uşaqlar da məktəbə gedə biləcək - YENİLİK

-- valideynlərinin müraciəti əsasında

"Təhsil haqqında" qanunda əhəmiyyətli dəyişikliklər olunub. Ümumilikdə "Təhsil haqqında" qanunun 21 maddəsinə 60-dan artıq dəyişiklik edilib. 2 yeni maddə əlavə edilib".
 
Lent.az xəbər verir ki, bunu Təhsil Nazirliyində keçirilən tədbirdə nazirliyin aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.
 
 
Onun sözlərinə görə, hər ilin sonunadək 6 yaşı tamam olanlar da valideynlərinin müraciəti əsasında məktəbə gedə biləcək: "Biz ötən il 6 yaşı tamam olmayan uşaqları yoxlamışıq və görmüşük ki, onlar digər uşaqlar kimi cavab verə bilirlər". 
 

Google+ WhatsApp ok.ru