6238 nəfərin ölkədən getmək hüququ məhdudlaşdırılıb 16 Fevral 2016 02:00 Xəbərlər 6238 borclunun Azərbaycandan getmək hüququ məhdudlaşdırılıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd olunub ki, 2015-ci ildə əvvəlki illə müqayisədə icra işlərinin sayı 50 faizdən çox artıb. Onlardan 220 mindən çoxunun icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 168 milyon manat vəsaitin ödətdirilməsinə nail olunub. İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5.520 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 2.750 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 370 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 6.238 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb./ Teqlər : #6238 nəfərin ölkədən getmək hüququ məhdudlaşdırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 1400 hektar torpaq geri qaytarılıb Yaxın illərdə bəşəriyyətin yarısı işsiz qalacaq