6 ayda velosiped qəzalarında 7 nəfər həlak olub

6 ayda velosiped qəzalarında 7 nəfər həlak olub

Bu ilin altı ayı ərzində Azərbaycanda 10 velosiped qəzası baş verib. Bunu Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
 
K.Əliyev bildirib ki, baş vermiş velosiped qəzaları nəticəsində 7 nəfər ölüb, 3 nəfər yaralanıb. K.Əliyevin sözlərinə görə, hadisənin 4-ü velosipedçinin təqsiri üzündən baş verib və nəticədə iki nəfər ölüb, iki nəfər yaralanıb.
 
Digər hadisələr isə velosipedçinin avtomobil tərəfindən vurulması səbəbindən baş verib. (azadliq.info) /

Google+ WhatsApp ok.ru