Proqnozlar Bürosu: Həftə sonu Azərbaycanda isti hava şəraiti davam edəcək

Proqnozlar Bürosu: Həftə sonu Azərbaycanda isti hava şəraiti davam edəcək

Gülşad Məmmədova: “Yaxın günlərdə güclü küləkli hava şəraiti gözlənilmir”
 
“Növbəti iki-üç gün ərzində Azərbaycan ərazisində isti hava şəraitinin davam edəcəyi gözlənilir”.
 
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
 
O bildirib ki, yaxın günlərdə güclü küləkli hava şəraiti gözlənilmir: “Paytaxtda mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu günorta saatlarında 33-38 dərəcə arasında dəyişəcək”.
 
G.Məmmədova qeyd edib ki, Azərbaycanın rayonlarında da isti hava şəraiti müşahidə olunacaq: “Şərq küləyi əsəcək. Havanın temperaturu 35-40 dərəcə arasında dəyişəcək”. /

Google+ WhatsApp ok.ru